Bu ölkə Rusiyaya uçuşları azaldır

Bu ölkə Rusiyaya uçuşları azaldır

Misirin “AlMasria Universal Airlines” aviaşirkəti vaxtaşırı reyslərin gecikməsi fonunda Rusiyaya uçuşları azaldır.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Agentliklə məsləhətləşmələrdən sonra cədvəldə vaxtaşırı pozuntuları nəzərə alaraq, Misir aviadaşıyıcısı turoperatorlarla razılaşaraq reyslərin sayını azaltmaq qərarına gəlib. “AlMasria Universal Airlines” aviaşirkətinin işi məhdudlaşdırılmayıb. Vəziyyət şöbəmizin mütəxəssislərinin nəzarətindədir”, - qeyd olunub.

Mənbə: axar.az