Gəncədə xəstəxanada kadr dəyişikliyi - Baş həkim işdən azad edildi

Gəncədə xəstəxanada kadr dəyişikliyi -

Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının baş həkimi İlqar Alıyev işdən azad olunub, tibb müəssisəsinin şöbə rəisi Abuzər Mustafayevə isə Əmək Məcəlləsinə müvafiq maddəsi tətbiq edilib.

Teleqraf-a istinadla xəbər verilir ki, İlqar Alıyevin artıq əmri verilib.

Abuzər Mustafayevə isə Əmək Məcəlləsinin 70 "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi tətbiq olunub. Şöbə müdirinin yerinə təyinat olanadək onun müvəqqəti işdə qalması qərara alınıb.

İ. Alıyev 2025-ci ildən Abbas Səhət Xəstəxanasının baş həkimi, A. Mustafayev isə 20 ilə yaxın poliklinikanın şöbə müdiri vəzifəsində çalışıb.

Mənbə: publika.az