Pilotsuz uçan taksilərin gələn il, 2027-ci ildə Phuketdə (Tailand - red.) istifadəyə verilməsi planlaşdırılır.
"Bangkok Post" qəzetinə istinadən xəbər verilir ki, planlara turistlər üçün hava limanı transferləri də daxildir.
Tailand Mülki Aviasiya İdarəsi (CAAT) hazırda muxtar hava taksiləri üçün kommersiya lisenziyalaşdırma qaydalarını və təhlükəsizlik standartlarını hazırlayır.
Elektrikli şaquli qalxma və eniş (eVTOL) təyyarələrindən, xüsusən də iki nəfərlik EHang EH216-S pilotsuz təyyarəsindən istifadə olunacaq. Proqramda texnologiya şirkəti olan Sky ICT iştirak edəcək.
Phuketdə beynəlxalq hava limanı ilə Patong və Karon çimərlikləri, eləcə də Promthep burnu arasında səyahət marşrutları nəzərdən keçirilirdi. Tailandın Pattaya, Samui, Koh Phangan və Koh Tao da daxil olmaqla digər kurort ərazilərində turizm üçün pilot uçuşlar da planlaşdırılır.
Mənbə: unikal.az