Bir ayda 1,3 milyon sərnişin - ADY-də rekord qeydə alındı

Bir ayda 1,3 milyon sərnişin -

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dəmir Yolları (ADY) 9,8 milyondan çox sərnişin daşıyıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon sərnişin daşınıb. Bu, illik müqayisədə 18 faiz artım deməkdir.

Rayonlararası marşrutlardan 468 min sərnişin istifadə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 mindən çox sərnişin səfər edib.

Bundan əlavə, oktyabr ayında 1,3 milyondan çox sərnişin daşınıb. Bununla da aylıq sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb.

Aytac Əliyeva


Mənbə: yenisabah.az