Almaniyanın Əhalinin Mühafizəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) sakinləri hərbi münaqişələr, elektrik enerjisinin kəsilməsi, daşqınlar və təchizatda yaranan fasilələr ehtimalına qarşı evlərində ərzaq ehtiyatı yaratmağa çağırıb.
Qurumun tövsiyələrinə əsasən, evdəki ərzaq ehtiyatı ən azı 10 gün üçün kifayət etməlidir.
Bununla yanaşı, Almaniyanın müvafiq qurumları sakinlərə dərman qutusu, zəruri preparatlar, sənədlər, fənər, batareyalar, nağd pul, isti geyim və gigiyena vasitələri olan təxliyə çantası hazırlamağı da məsləhət görürlər.
Ev heyvanı saxlayanlara isə onlar üçün ayrıca yem ehtiyatı toplamaq tövsiyə olunur.
Mənbə: bizim.media