ABŞ-a Rusiya dizeli aparan tankerlər istiqamətlərini dəyişdilər

ABŞ-a Rusiya dizeli aparan tankerlər istiqamətlərini dəyişdilər

ABŞ-a dizel yanacağı daşıyan Rusiya tankerləri kursunu dəyişib.

Musavat.com MarineTraffic-in məlumatlarına istinadən xəbər verir ki, 140.000 ton Rusiya dizel yanacağı daşıyan üç tankerdən yalnız biri - Agioi Fanendes - hələ də ABŞ-a doğru gedir. İkinci tanker Aralıq dənizinə, üçüncüsü isə Braziliyaya doğru kursunu dəyişib.

Əvvəllər bildirilirdi ki, Amerika şirkətləri hüquqi risklər səbəbindən Rusiya ilə iş görməkdən yayınır və bəzi ştatların hakimiyyət orqanları hətta böyük cərimələr təhdidi altında limanlara Rusiya yanacağını qəbul etməyi qadağan ediblər.

Mənbə: musavat.com