OPEC+ formatının 7 ölkəsinin nümayəndələri – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman noyabrın 1-də videokonfrans formatında görüş keçiriblər.
OPEC-ə istinadla xəbər verilir ki, 2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü hasilat tənzimləmələri barədə qərar qəbul etmiş OPEC+ ölkələri bazarda sabitliyin qorunmasına sadiqliklərini bir daha təsdiqləyiblər.
Görüşdə qlobal neft bazarındakı vəziyyət və onun inkişaf perspektivləri müzakirə olunub. İştirakçı ölkələr 2026-cı ilin sentyabr ayı üçün müəyyən edilmiş hasilat səviyyəsinin dekabr ayında da saxlanılması barədə qərar qəbul ediblər. Hasilat göstəriciləri aşağıdakı cədvəldə əks olunub.

Yeddi ölkə Əməkdaşlıq Bəyannaməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə kollektiv sadiqliklərini bir daha vurğulayıblar.
OPEC+ formatında təmsil olunan 7 ölkə bazardakı vəziyyəti qiymətləndirmək məqsədilə aylıq görüşləri davam etdirəcəklər. Növbəti görüşün noyabrın 29-da keçirilməsi nəzərdə tutulur.
Mənbə: publika.az