Yeni qatarlarla bu istiqamətlərə sərnişin daşınacaq - Video

Yeni qatarlarla bu istiqamətlərə sərnişin daşınacaq -

Xəbər verdiyimiz kimi, Azərbaycan Dəmir Yolları (ADY) və Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb.

Yeni qatarların parka daxil edilməsi sayəsində Xankəndi, Yalama, Mincivan və Astara istiqamətlərinə müntəzəm sərnişindaşıma xidməti təşkil ediləcək.

Prosesin 2030-cu ilədək mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir.

Mənbə: qafqazinfo.az