Cari ilin büdcəsində dövlət borcuna xidmət üçün 2 milyard 457 milyon 600 min manat nəzərdə tutulub.
Layihəyə əsasən, 2027-ci ildə xarici dövlət borcuna xidmət xərcləri 1 milyard 427 milyon 500 min manat təşkil edəcək. Bu, 2026-cı ilin müvafiq göstəricisindən 27 milyon 500 min manat və ya təxminən iki faiz çoxdur.
Xarici dövlət borcu üzrə nəzərdə tutulan vəsaitin 1 milyard 63 milyon 500 min manatı əsas borcun, 364 milyon manatı isə faizlərin ödənilməsinə yönəldiləcək.
Daxili dövlət borcuna xidmət xərclərinin isə 2026-cı ildəki 1 milyard 57 milyon 600 min manatdan 2027-ci ildə 772 milyon 500 min manata enəcəyi proqnozlaşdırılır. Bu, 285 milyon 100 min manat və ya təxminən 27 faiz azalma deməkdir.
Gələn il daxili dövlət borcu üzrə əsas borcun ödənilməsinə 137 milyon 200 min manat, faiz xərclərinə isə 635 milyon 300 min manat ayrılması nəzərdə tutulur.
Müqayisə göstərir ki, dövlət borcu üzrə ümumi faiz ödənişlərinin 2026-cı ildəki 1 milyard 380 milyon 600 min manatdan 2027-ci ildə 999 milyon 300 min manata düşməsi gözlənilir. Beləliklə, faiz xərcləri 381 milyon 300 min manat azalacaq.
Bununla yanaşı, əsas borc üzrə ödənişlərin 1 milyard 77 milyon manatdan 1 milyard 200 milyon 700 min manata yüksəlməsi proqnozlaşdırılır. Artım 123 milyon 700 min manat təşkil edəcək.
Qeyd edək ki, 2027-ci ildə dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsinin ümumi xərclərində payının təxminən 5,2 faiz olması nəzərdə tutulur.
Mənbə: oxu.az