Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.

Əldə edilən xəbərə görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.

Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb.

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.

Mənbə: olke.az