Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yük avtomobilinin aşması səbəbindən 8 Noyabr prospekti istiqamətində tətbiq edilən müvəqqəti hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Xatırladaq ki, dünən paytaxtın Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Mənbə: bizim.media