Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?

Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təyin edilməsi ilə bağlı hazırlıq işləri görülüb".

Bunu "Oxucu soruşur" verilişində "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, əlavə reysin təyini ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır:

"Azərbaycandan Gürcüstana gedənlərə nisbətən əks istiqamətdə gələnlər daha çoxdur. Ona görə də ilk vaxtlarda Tbilisi-Bakı istiqamətində bilet satışında tələbata uyğun olaraq bəzən müəyyən texniki çətinliklər yaranırdı. Amma sərnişinlər bir ay əvvəldən Bakıdan gedişlə yanaşı, qayıdış bileti də ala bilirdilər".

Mənbə: oxu.az