Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün yer olmayacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa İşləri Departamentinin direktoru Vladislav Maslennikov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
"Acı reallıq budur ki, Aİ-nin daxili bazarı yüksək rəqabətədavamlıdır və tənzimlənir, Ermənistan məhsulları orada açıq qollarla qarşılanmayacaq", - Maslennikov bildirib.
Eyni zamanda, diplomat xatırladıb ki, təcrübənin göstərdiyi kimi, namizəd ölkələr Aİ üzvlüyü üçün illərlə deyil, on illərlə gözləyə bilərlər.
Müəllif: Tural
Mənbə: publika.az