Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FES) faizləri daha uzun müddət yüksək səviyyədə saxlayacağı gözləntiləri fonunda geriləyib.
Spot qızılın bir unsiyası 0,1 faiz ucuzlaşaraq 4 281,98 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə 4 317,50 dollar səviyyəsində qalıb.
FES ötən həftə faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4 faiz aralığına yüksəldib. Yüksək faiz dərəcələrinin qızılın qiymətinə təzyiq göstərdiyi bildirilir.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az