İrandan diqqətçəkən açıqlama gəldi, neft ucuzlaşdı

İrandan diqqətçəkən açıqlama gəldi, neft ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 94 sent və ya 0,9 faiz azalaraq 1 barel üçün 102,13 dollar olub.

ABŞ-nin WTI markalı nefti isə 59 sent və ya 0,39 faiz ucuzlaşaraq 1 barel üçün 91,56 dollardan satılıb.

Neft qiymətlərindəki eniş əvvəlki gün baş verən 4 faizlik bahalaşmadan sonra qeydə alınıb. Qiymətlərin azalmasına İranın ABŞ ilə münaqişəyə son qoyulması üçün diplomatiyaya açıq olduğunu bəyan etməsi təsir edib.

Bununla yanaşı, ABŞ və İran arasında hələ də razılaşma əldə olunmayıb.

Mənbə: publika.az