Sentyabrın pensiyaları ödənildi

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, sentyabrın 8- Naxçıvan Muxtar Respublikası, sentyabrın 11- Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Mənbə: qafqazinfo.az