Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb

Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 60 016 borcalana 4 milyard 91,682 milyon manat kredit verib.

Bu barədə İKZF-ya istinadən xəbər verilir.

Bundan başqa, 10 092 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.


Mənbə: unikal.az