Fransada dizel yanacağının qiyməti 2,41 avro ilə rekord həddə çatdı

Fransada dizel yanacağının qiyməti 2,41 avro ilə rekord həddə çatdı

Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin dövlət monitorinq sisteminin məlumatlarına əsaslanan AFP-nin təhlilinə görə, ölkədə dizel yanacağının orta qiyməti rekord səviyyəyə yaxınlaşaraq 2,41 avro/litr təşkil edib.

Sentyabrın 18-də dizelin orta qiyməti 2,39 avronu ötüb və günün sonuna doğru 2,40 avroya yaxınlaşıb.

Əvvəlki rekord 2026-cı ilin aprelində qeydə alınmışdı (2,38 avrodan çox). Yanacaq doldurma məntəqələrinin təqribən 800-ündə dizel 2,50 avrodan, 70-ə yaxın stansiyada isə 2,70 avrodən baha satılıb.


Benzin də bahalaşıb: Ən çox satılan SP95-E10 markalı benzinin orta qiyməti sentyabrın 18-də səhər saatlarında 2,17 avro olub. Bu göstərici 2022-ci ilin iyunundakı 2,11 avroluq əvvəlki rekordu on gündən çoxdur ki, üstələyir. SP98-in orta dəyəri isə təxminən 2,27 avroya çatıb. Sentyabrın 19-na olan məlumata görə, "Roole Data" xidməti orta qiymətləri dizel üçün 2,405 avro, SP95-E10 üçün 2,175 avro, SP98 üçün isə 2,276 avro səviyyəsində qeydə alıb.

Bahalaşmanın səbəbləri: Qiymətlərin kəskin artımı İran ətrafındakı müharibə fonunda dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır. Ölkədaxili qiymətlərə həmçinin nəqliyyat, saxlama, satış xərcləri və vergilər də təsir göstərir.

Mənbə: bizim.media