“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötdü

“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötdü

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur.

“CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib.

“Ethereum” 1,26% artaraq 2 434,35 dollara, BNB 1,61% bahalaşaraq 725,57 dollara, “Zcash” isə 22,37% yüksələrək 1 383,19 dollara çatıb. “Bittensor” 2,89%, “Bitcoin Cash” isə 0,48% bahalaşıb.

“Monero” son sutkada 1,30% ucuzlaşaraq 500,35 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda isə eniş davam edib. “PAX Gold” (PAXG) 1,11% azalaraq 4 286,28 dollara, “Tether Gold” (XAUT) isə 1,01% geriləyərək 4 284,63 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 0,92% artaraq 157,78 bənd təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 2,61 trln. dollar səviyyəsindədir.

Bizim.Media

Mənbə: bizim.media