İşğaldan azad olunmuş ərazilərdə açılan məktəblərin sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərdə açılan məktəblərin sayı açıqlandı

Bu il 124 min şagird birinci sinfə daxil olacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Böyük Qayıdış çərçivəsində bu il daha 11 təhsil müəssisəsi fəaliyyətə başlayacaq: "Ümumilikdə 23 məktəbəqədər təhsil müəssisəsi işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirəcək ki, onlarda da 408 nəfər uşaq təhsil alacaq".

Ağarza Elçinoğlu


Mənbə: unikal.az