Qızılın qiyməti 4 400 dollardan aşağı endi

Qızılın qiyməti 4 400 dollardan aşağı endi

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,89% azalaraq 4 369,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 1,08% azalaraq 64,49 dollar təşkil edib.

Bizim.Media

Mənbə: bizim.media