Yanacaq bazarında tarixi rekord - Dizel benzini də geridə qoydu

Yanacaq bazarında tarixi rekord -

ABŞ-də dizel yanacağının orta qiyməti ölkə tarixində ilk dəfə 1 qalon ÜÇÜN 6 dollar həddini aşıb. Son rəsmi məlumatlara görə, ölkə üzrə orta qiymət hazırda 6,06 dollara yüksəlib.

Xarici mətbuata istinadən xəbər verilir ki, bundan əvvəlki tarixi rekord 2022-ci ilin iyununda 5,82 dollar/qalon səviyyəsində qeydə alınmışdı.

İranla başlayan hərbi münaqişənin əvvəlindən bəri dizel yanacağı 55%-dən çox bahalaşaraq, qiyməti təxminən 40% artan benzini geridə qoyub.

Mütəxəssislər kəskin qiymət artımının iki əsas səbəbini göstərirlər: neft fyuçerslərinin yenidən bir barel üçün 100 dollardan yuxarı qalxması və xammalı emal etmək üçün fəaliyyət göstərən neft emalı zavodlarının (NEZ) çatışmazlığı.

Mənbə: bizim.media