Bu ilin ilk yeddi ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub.
2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 milyard 17 milyon 400 min dollar təşkil edib. Bu dövrdə 10 milyard 256 milyon ABŞ dolları məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6.9 faiz artıb, real ifadədə isə 15.1 faiz azalıb.
Mənbə: oxu.az