İran hakimiyyəti limitdənkənar benzinin qiymətinin iki dəfə artırılması barədə qərar qəbul edib.
Bu barədə “RİA Novosti” İranın Neft Nazirliyinə istinadən məlumat yayıb.
“8 sentyabrdan etibarən üçüncü tarif üzrə hər litr benzinin qiyməti 10 min tümən (təxminən 0.12 AZN) təşkil edir”, - məlumatda deyilir.
Bununla belə, ilk iki tarifin dəyişməz qaldığı, müvafiq olaraq 1500 tümən (təxminən 0.019 AZN) və 3000 tümən (təxminən 0.037 AZN) təşkil etdiyi bildirilir.
Qeyd edək ki, İranda benzin 3 tarif üzrə satılır. Üçüncü tarif - yanacaq kartında ilk iki tarif tükəndikdən sonra benzinin satıldığı limitdənkənar tarifdir.
Mənbə: qafqazinfo.az