Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları və ya 2,96 % artaraq 104,98 ABŞ dolları təşkil edib.

"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 101,69 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,98 ABŞ dolları və ya 3 % artaraq 102,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mənbə: olke.az