Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.
Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevirdə də vəziyyət oxşardır. Rieltorların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il həmin məbləğ 100 manata yüksəlib.
Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltorlar bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.
Daha ətraflı "Xəzər" TV-nin süjetində:
Mənbə: publika.az