Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

Sabirabad rayonunun 6 kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Salyan Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmalı, Şıxsalahlı və Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: oxu.az