Amerikalı milyarder İlon Mask Ukraynanın “Starlink” sistemlərindən ölkə sərhədlərindən kənarda istifadə etməsinə icazə verməyə hazır olduğunu bildirib.
Bu barədə “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Mask daha əvvəl Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovla söhbətində “Starlink”lə təchiz edilmiş dronların ölkə hüdudlarından kənarda Rusiya ərazisindəki hədəflərə zərbələr endirməsinə icazə verməyə hazır olduğunu vurğulayıb.
Lakin Mask qeyd edib ki, bunun üçün siyasi qərar lazımdır və yekun qərarı ABŞ administrasiyası - Ağ Ev verməlidir.
Fedorov isə Maskla söhbətləri barədə şərh verməkdən imtina edib.
Keçmiş nazir eyni zamanda Ukraynanın Rusiyaya qarşı daha uzaqmənzilli zərbələri gücləndirməsinin Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etməyin ən real yollarından biri olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün uzaqmənzilli zərbələrdə istifadə olunan silahlara əlavə investisiyalar yatırılmalıdır.
Müəllif: Adəm
Mənbə: publika.az