Yaxın Şərqdəki gərginlik fonunda neft bahalaşdı

Yaxın Şərqdəki gərginlik fonunda neft bahalaşdı

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi səbəbindən dünya bazarlarında neftin bahalaşması müşahidə olunur.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında noyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.36 dollar (2.68%) artaraq bir barel üçün 90.46 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.42 dollar (0.47%) ucuzlaşaraq bir barel üçün 87.10 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 2.21 dollar (2.65%) bahalaşaraq bir barel üçün 85.61 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.13 dollar (0.16%) azalaraq bir bareli 83.4 dollara satılmışdı.

Mənbə: oxu.az