Bildirilib ki, estrada ulduzu sahəsi 51 ilə 185 kvadratmetr arasında dəyişən bu əmlaklara 2007-ci ildə sahib olub. Məlumata görə, satışdan əldə edilən ümumi gəlir 860 min avro təşkil edib. Belə ki, ən kiçik mənzil 33.8 min avroya, ən böyüyü isə 100 min avroya satılıb. Jurnalistlərin fikrincə, sənətçi satışı qısa müddətdə həyata keçirmək istədiyi üçün ola bilsin ki, qiymətdə uduzub. Çünki hazırda həmin ərazidə oxşar mənzillərin qiyməti 70 min avrodan başlayır.
Əmlakların satılmasına səbəb kimi "Emerald Hospitality" idarəedici şirkəti ilə yaranan fikir ayrılıqları göstərilir. Sözügedən şirkət Kirkorovun firmasından xidmət haqqı olaraq təqribən bir milyon rubldan çox borc tələb edirdi. Varna məhkəməsi isə bu mübahisənin onların yurisdiksiyasına aid olmadığını bildirərək işə xitam verib.
Bununla yanaşı, müğənninin Varna şəhərindəki "Port Palas"da ümumi sahəsi 1.1 min kvadratmetrdən çox olan daha beş mənzili qalıb. Qeyd edək ki, bu obyektlər 2020-ci ildə iki milyon avro müqabilində yerli banklardan birinə girov qoyulub.
Mənbə: oxu.az