Türkiyədə tətil qiymətləri bahalaşdı

Türkiyədə tətil qiymətləri bahalaşdı

Ankaranın valyuta siyasəti ilə bağlı istirahətin bahalaşması fonunda Türkiyəyə turist axını azalmağa başlayıb. Xarici ziyarətçilərin sayı ardıcıl üçüncü aydır ki, azalır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, may ayında turist axını illik müqayisədə 3,6 faiz, iyunda 4 faiz, iyulda isə 0,3 faiz azalıb. Nazirlik qiymət artımının səbəblərindən biri kimi türk lirəsinin məzənnəsi ilə bağlı vəziyyəti göstərir.

“Bloomberg” qeyd edir ki, milli valyutanın zəifləmə tempi inflyasiya səviyyəsindən aşağı qalır. Bu, xaricilər üçün istirahət xərclərinin artmasına gətirib çıxarır və Türkiyənin əlçatan turizm istiqaməti kimi qəbul olunmasını tədricən dəyişdirir.

Hüseyn İbadlı

Mənbə: publika.az