Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı

Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı

Əvvəlki sessiyada qeydə alınan nəzərəçarpacaq artımdan sonra dünya birjalarında neftin cüzi ucuzlaşması müşahidə edilib.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.33 dollar (0.37%) azalaraq bir barel üçün 89.37 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 1.86 dollar (2.1%) bahalaşaraq bir barel üçün 89.7 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.25 dollar (0.3%) ucuzlaşaraq bir barel üçün 83.28 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.30 dollar (1.6%) artaraq bir bareli 83.53 dollara satılmışdı.

Mənbə: oxu.az