“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilir

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilir

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Mənbə: qafqazinfo.az