Rusiya Dövlət Dumasına namizəd olan bloqer Nikolay Bondarenko Saratovda saxlanılıb.
Bu barədə "Vedomosti" qəzeti yazıb.
Bondarenko bildirib ki, ona Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ("Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının, eləcə də federal qanunlarla təbliğatı, ictimai nümayişi qadağan edilmiş digər atributların və ya simvolların ictimai nümayişi") ilə ittiham irəli sürülüb.
O, zorla məhkəməyə aparılıb.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az