Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. 1-ci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Mənbə: publika.az