Bakıda üçüncü yerüstü metro stansiyasının açılış TARİXİ

Bakıda üçüncü yerüstü metro stansiyasının açılış   TARİXİ

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:
“Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”.
Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunda yerləşir.
Qeyd edək ki, hazırda Bakıda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.

Mənbə: www.bakupost.az