Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56 % artaraq 93,37 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 91,04 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mənbə: qafqazinfo.az