Bazarda əhval niyə dəyişdi? - Neft qiymətləri kəskin endi

Bazarda əhval niyə dəyişdi? -

ABŞ-ın İrana gözlənilən dəhşətli hücumunun təxirə salınması dünya neft bazarında qiymətlərin kəskin enməsinə səbəb olub.

Hücumların ləğvi, həmçinin Hörmüzlə keçən gəmilərə toxunulmaması bazar iştirakçılarını rahatladıb.

Londonun ICE birjasında Brent neftinin qiyməti 5 dollardan çox ucuzlaşaraq 83 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti isə 81 dollardan aşağıda ticarət olunur.

Mənbə: bizim.media