İyulun 28-də Moskva Birjasının indeksi 1,16 faiz azalıb.
Bu barədə Lenta.ru məlumat yayıb.
Ticarətin bağlanışına fon bazarının göstəriciləri 1,16 faiz azalaraq 2 191,18 bənd təşkil edib. Ticarət göstərici 2 218,03 səviyyəsində olarkən başlayıb. Gün ərzində indeks maksimum 2 218,75 bəndədək yüksəlib, minimum isə 2 181,12 bəndədək düşüb.
RTS indeksi (Rusiya Ticarət Sistemi, ən iri Rusiya emitentlərinin ən likvid səhmlərinin dinamikasını əks etdirir) 2,02 faiz enərək 877,11 bəndə düşüb.
Günün artım liderləri MMK (2,87 faiz plus), "Surqutnefteqaz" (2,84 faiz plus), MKPAO "VK" (1,83 faiz plus), "FosAqro" (1,17 faiz plus) və "Ozon" (1,15 faiz plus) olub.
Bir gün əvvəl Rusiya səhm bazarı son iki həftənin enişini kompensasiya etmişdi – Moskva Birjasının indeksi iyulun 13-dən bəri ilk dəfə 2200 bəndi ötüb. Liderlər arasında qiymətli kağızları 8,59 faiz bahalaşan "Ozon", MMK (7,05 faiz) və dividendlərdən imtina edilməsi xəbərləri fonunda iyul ayında kəskin ucuzlaşan, indi isə təqribən 7 faiz bahalaşan "Polyus" qərarlaşıb.
Mənbə: publika.az