Nazirlik 97 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT

Nazirlik 97 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verilir.

Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.

Mənbə: olke.az