İranın neft satışlarından əldə etdiyi gəlirlər cari ilin martın 21-dən iyulun 22-dək olan dövrdə 11 milyard dolları ötüb.
Bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, ötən il dekabrın 22-dən cari il martın 20-dək dövrdə isə neft satışlarının həcmi təxminən 8 milyard dollar təşkil edib.
Məlumatda bildirilib ki, açıqlama ölkənin valyuta ehtiyatlarının azalmasının neft satışlarının zəifləməsi ilə bağlı olması və İran iqtisadiyyatının Neft Nazirliyinin fəaliyyəti səbəbindən böhran həddinə çatması barədə iddialara cavab olaraq verilib.
Qeyd edilir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəlki illərdə ölkənin illik neft gəlirlərinin 50–60 milyard dollar civarında olduğu, ABŞ-nin Oman dənizində tətbiq etdiyi məhdudiyyətlərdən sonra isə neft satışlarının azaldığı bildirilirdi.
Mənbə: bizim.media