DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Bu ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrünə nisbətən 380 milyon manat və yaxud 10,2 % artaraq 4 milyard manatı keçib.

Bu barədə Fonda istinadən xəbər verilir.

Məlumata görə, yanvar-iyun aylarında xərclərin 97 %-ni əhaliyə ödənişlər təşkil edib.

Mənbə: bizim.media