2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, iyulun 14-dən 18-dək təşkil olunan test imtahanlarına ümumilikdə 32 222 nəfər dəvət olunub. İmtahanlarda iştirak göstəricisi 96 faiz təşkil edib. İmtahanın son günü üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 19-da saat 12:00-dan etibarən başlayacaq.
Test imtahanı mərhələsi zamanı qaydaları pozduğu müəyyən edilən 4 nəfər imtahandan kənarlaşdırılıb. Prosesin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə bütün imtahan mərkəzlərində ciddi nəzarət tədbirləri həyata keçirilib.
Müsabiqənin növbəti mərhələsi ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Mənbə: unikal.az