Fransa isti hava səbəbindən qış üçün yığılan qaz ehtiyatlarını istifadə etməyə başlayıb

Fransa isti hava səbəbindən qış üçün yığılan qaz ehtiyatlarını istifadə etməyə başlayıb

Qeyri-adi isti hava şəraiti və kondisionerlərə olan tələbatın artması fonunda Fransa qış aylarında isitmə üçün toplanmış qaz ehtiyatlarını istifadə etməyə məcbur olub.

Bu məlumatlar "Gas Infrastructure Europe" təşkilatının hesabatlarında öz əksini tapıb.

Qayda olaraq, yay aylarında Avropa dövlətləri soyuq mövsüm üçün ehtiyat yaratmaq məqsədilə yeraltı anbarları intensiv şəkildə doldururlar. İyulun 1-dən 10-dək olan müddətdə Fransanın operatorları tərəfindən anbarlara təxminən 367.9 milyon kubmetr qaz vurulmuşdu.

Lakin soyuducu sistemlərdən kütləvi şəkildə yararlanmaq elektrik enerjisi istehlakını yüksəldib, nəticədə qazla işləyən elektrik stansiyaları da istehsalı artırıb. Beləliklə, yalnız iyul ayının əvvəlində Fransa yeraltı anbarlardan 211.5 milyon kubmetr yanacaq çəkərək istifadə edib.

Mənbə: oxu.az