Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Krım bölgəsində elektrik enerjisi ilə bağlı problemlər başlayıb.
Bu barədə qondarma rejimin "Yanacaq və energetika nazir"i Vladimir Voronkin "Max" messencerində məlumat yayıb. Qeyd edilib ki, elektrik şəbəkəsində bərpa işləri ilə əlaqədar iki saatdan beş saata qədər elektrik kəsintiləri olacaq.
Voronkin yazıb: "Əlavə rabitə xətlərinin çəkilməsi və sabit enerji təchizatı üçün lazım olan avadanlıqların quraşdırılması zərurətini nəzərə alaraq, yaxın günlərdə Krım yaşayış məntəqələrində istehlakçılar üçün elektrik enerjisinin məhdudlaşdırılması mümkündür".
O, həmçinin qeyd edib ki, elektrik enerjisinin bərpasında 500-dən çox insan iştirak edir.
Xatırladaq ki, son günlər Ukrayna ordusunun Rusiya ərazisi və işğalda saxlanılan Krıma aktiv hücumları nəticəsində benzin böhranı yaranıb.
Müəllif: Tural
Mənbə: publika.az