Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarında şəkərin qiyməti kəskin şəkildə yüksələcək.
Bu barədə Rusiya Prezident Akademiyasının Beynəlxalq Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov "RİA Novosti"yə açıqlamasında məlumat verib.
Ekspertin sözlərinə görə, Hindistanda illik şəkər istehsalı 3-8 milyon ton azala bilər.
"Əgər Hindistan ixrac proqramını tamamilə dondursa, Braziliya isə özünün emal gücünü məhdud olması səbəbindən tədarükü sürətlə artıra bilməsə, dünya bazarında qiymətlər ciddi şəkildə yüksələcək" – deyə Tixonov qeyd edib.
Müəllif: Tural
Mənbə: publika.az