İyunun 24-ü çərşənbə günü ABŞ dollarının dəyər qazanması davam edib və o, aparıcı valyutalar səbətinə qarşı son 13 ayın yeni maksimum səviyyəsinə yüksəlib.
bu məlumatı "Reuters" agentliyi yayıb.
Məlumata görə, bu cür artım dinamikası həm də investorların Federal Ehtiyat Sistemi (FRS) tərəfindən faiz dərəcələrinin artırılacağına hazırlaşması ilə əlaqələndirilir. Eyni zamanda, yarımkeçirici və texnologiya sektorlarındakı səhmlərin kütləvi şəkildə satılması qoruyucu aktivlər qismində dollar və istiqrazlara olan tələbatı gücləndirib.
Yekunda, avro və yen daxil olmaqla bir sıra valyutalara qarşı məzənnəni müəyyən edən dollar indeksi 101,51 həddinə kimi bahalaşıb. Bu, 2025-ci ilin mayından bu yana qeydə alınan ən yüksək səviyyədir.
Mənbə: oxu.az