Paşinyan Azərbaycanla sülhə görə pensiyaları artıracaq

Paşinyan Azərbaycanla sülhə görə pensiyaları artıracaq

Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə açıqlayıb.

"2026-cı il seçkilərinin nəticələri ilə Ermənistan xalqı sülh üçün ayağa qalxdı", - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması yeni iqtisadi stimul yaranıb: "İnsanlar həyatlarında iqtisadi artımı görməlidirlər və mən qərara gəldim ki, Ermənistanda pensiyalar artırılmalıdır".

Paşinyan 2028-ci ildən başlayaraq pensiyaları ən azı inflyasiya səviyyəsinə uyğun olaraq yenidən nəzərdən keçirəcək və indeksləşdirəcəklərinə əminlik verib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az