Ən etibarlı premium avtomobillərin adları açıqlanıb...

Ən etibarlı premium avtomobillərin adları açıqlanıb...

Bazarda ən etibarlı premium avtomobil modelləri müəyyən edilib. Onlar davamlı və istifadəsi ucuzdur.

Bütün premium avtomobillərin istifadəsi baha başa gəldiyi barədə geniş yayılmış bir yanlış təsəvvür var, ona görə də onları işlənmiş almaq çox vaxt tövsiyə edilmir.

Lakin bəzi modellər davamlı və təmiri ucuz olduğundan, çox xərc tələb etmir.

Ən yaxşılarını seçərkən mütəxəssislər nəqliyyat vasitələrinin etibarlılıq reytinqlərini, eləcə də texniki xidmət və ehtiyat hissələrinin qiymətini nəzərə alıblar.

Reytinqə minik sedanları və kupelər daxil edilib. Diqqətəlayiq haldır ki, ən yaxşı 10 avtomobildən yeddisi Yapon modelləridir. Bunların arasında Toyota və Honda-dan üçü, ən etibarlıları isə iki Lexus modeli - LC kupesi və ES sedanı olub. Üçüncü yeri Hyundai-dan Genesis G90 tutub.

Top Speed-ə görə ən etibarlı premium avtomobillər:

- Lexus LC (2018-ci ildən).

- Lexus ES (2019–2025).

- Genesis G90 (2023-cü ildən).

- Genesis G80 (2021-ci ildən).

- Lexus LS (2018-ci ildən).

- Acura RLX/Honda Legend (2014–2020).

- Acura TLX (2021–2025).

- Infiniti Q50 (2014–2024).

- Acura ILX (2019–2022).

- Buick Regal (2018–2020).

Nazlı Almuradova

Mənbə: sia.az