ABŞ Ukrayna və İranla bağlı münaqişələrin təsiri fonunda ilk dəfə dünyanın ən böyük neft ixracatçısına çevrilib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
2010-cu ildən sonra ABŞ-də şist laylarından neft və qaz hasilatı kəskin şəkildə artıb. Bunun nəticəsində Birləşmiş Ştatlar əvvəlcə dünyanın ən böyük təbii qaz, daha sonra isə ən böyük neft istehsalçısına çevrilib.
ABŞ-nin İranla müharibəsi Səudiyyə Ərəbistanının neft ixracına mənfi təsir göstərib. Rusiyanın neft ixracı isə Ukrayna dronlarının hücumları və beynəlxalq sanksiyalar səbəbindən zərər görüb.
Artıq ardıcıl üçüncü aydır ki, ABŞ qlobal miqyasda ən böyük neft ixracatçısı mövqeyini qoruyur.
May ayında ABŞ dünya bazarına sutkada 10.5 milyon barrel neft tədarük edib. Müqayisə üçün qeyd edək ki, həmin göstərici Rusiyada sutkada 7 milyon barrel, Səudiyyə Ərəbistanında isə 5.9 milyon barrel təşkil edib.
Mənbə: www.bakupost.az